Sosial Media
The Solo Kitchen and Bar
The Solo Kitchen and Bar-ın sosial mediadakı vizual kimliyini yenilədik, mövcud saytını yenidən dizayn etdik; çəkilişləri, paylaşımları, Meta reklamlarını və Google Maps-i idarə etməyə davam edirik.
- Müştəri
- The Solo Kitchen and Bar
- Sahə
- Bar və restoran
- Görülən iş
- Sosial media idarəçiliyi, Foto və video çəkiliş, Meta reklamları, Saytın yenidən dizaynı, Google Maps profili
The Solo Kitchen and Bar-ın rəqəmsal kimliyini yeniləmək üçün sosial media və sayt üzərində işlədik. Əvvəlcə aydın vizual üslubu olmayan Instagram hesabını peşəkar çəkilişlər və orijinal dizaynlarla nizamlı bir görünüşə gətirdik. Sosial mediada əlaqəni artıran kontent hazırladıq və Meta reklam kampaniyaları apardıq.
Mövcud saytı yenidən dizayn edərək daha müasir və istifadəçi üçün rahat bir təcrübə yaratdıq. Instagram, Facebook, TikTok və YouTube paylaşımları ilə yanaşı, Google Maps profilində biznes məlumatlarını, şəkilləri və rəyləri idarə edirik.